AZ

Ən etibarlı avtomobillər hansılardır?

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

2026-cı ildə dünya üzrə ən etibarlı avtomobil brendləri arasında Yaponiya istehsalı olanlar çoxluq təşkil edir.

Reyting.az xəbər verir ki, bu, "Consumer Reports" nəşrinin təqdim etdiyi yeni infoqrafikadan məlum olur.

Jurnal bu reytinqi əvvəlcədən proqnozlaşdırılmış yüksək etibarlılıq göstəriciləri və təxminən 380 min avtomobil sahibinin cavabları əsasında tərtib edib.

Siyahıya "Toyota" başçılıq edir. Bu Yaponiya avtomobilini "Subaru" və "Lexus" izləyir.

Sorğu nəticəsində məlum olub ki, Yaponiya brendləri ilk yeddi pillənin altısını tutub. Mütəxəssislər bu uğuru konservativ mühəndislik yanaşması, eyni zamanda uzun model dövrləri və sınaqdan uğurla keçmiş texnologiyalarla izah ediblər.

Bildirilir ki, "Toyota" avtomobilləri düzgün qulluqla 300 min kilometrdən də çox gediş resursu üçün layihələndirilir və maşın alıcılara görə, daim özünü doğruldur.

"Honda" və "Nissan" avtomobilləri də çox yüksək nəticələr göstərməklə, Yaponiyanın etibarlılıq liderliyini təsdiqləyə biliblər.

Avropa istehsalçıları əsasən reytinqin orta hissəsində qərarlaşıb. Bu məşhur maşınlar arasında "BMW" 5-ci yerə yüksəlməklə, ən yaxşı nəticəni göstərib. Digər Alman maşın modelləri olan "Volkswagen", "Audi", eləcə də "Mercedes-Benz" və "Volvo" isə 40 balla aşağı, həm də orta etibarlılıq səviyyəsində qiymətləndirilib.

Amerikalı milyarderin, iş adamı İlon Maskın şirkətinə məxsus olan ABŞ istehsalı müasir model "Tesla" avtomobili də bu il ən böyük irəliləyişi nümayiş etdirib və səkkiz pilləyə qədər qalxmaqla, nəticədə reytinqdə 9-cu yerə yüksəlib. Buna əsas səbəb "Tesla" markasından olan "Model 3" və "Model Y"-nin illər ərzində təkmilləşdirilməsidir.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
reyting.az

1Mənbələr