AZ

Rusiya və Ukrayna arasında 157 nəfərlik əsir mübadiləsi baş tutub

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Rusiya Ukrayna əsirliyindən 157 hərbçisini geri qaytardı. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin 157 hərbi əsiri təhvil verilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Mübadilə çərçivəsində Kiyev tərəfindən qanunsuz saxlanılan Kursk vilayətinin üç mülki sakini də azad edilərək geri qaytarılıb.

Əsirlikdən qayıdan rusiyalı hərbçilər hazırda Belarus ərazisindədir və onlara lazımi tibbi və psixoloji yardım göstərilir.

Rusiya hərbçilərinin əsirlikdən qaytarılmasında Birləşmiş Ərəb Əmirlikləri vasitəçi qismində çıxış edib.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
icma.az

1Mənbələr