AZ

Həyat yoldaşı ilə Acun Ilıcalı sayəsində tanış olub

Aparıcı Hakan Hatipoğlu həyat yoldaşı Gizem Hatipoğlu ilə tanışlıq hekayəsini danışıb.

BAKU.WS xəbər verir ki, o iş adamı Acun llıcalı sayəsində tanış olduqlarını açıqlayıb.

Hatipoğlu "Həyat yoldaşım bir gün Acun Ilıcalını motosikletdə görür. Avtomobilinin pəncərəsini endirib "Sən hamını "Var Mısın Yok Musun"a apardın, amma məni aparmadın!" deyə bildirir. Bundan sonra Acun Ilıcalı ona əlaqə nömrəsi verir. Beləcə bizim tanışlığımız başlayır. Əgər Acun Ilıcalı həmin vaxt Mecidiyeköydəki işıqforda dayanmasaydı, indi biz ailə qura bilməzdik" - deyə bildirib.

Xatırladaq ki, cütlük "Var Mısın Yok Musun" yarışmasında tanış olub. Onların 2018-ci ildə Lila adlı qızları doğulub.

Seçilən
14
1
far.az

2Mənbələr