AZ

Agentlik 6 ölkədən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün 850 min manata tanışlıq səfərləri təşkil edir -

Dövlət Turizm Agentliyi (VÖEN – 1404365471) müxtəlif ölkələrdən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili məqsədilə ümumi dəyəri 850 369 manat olan iki açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmalar aşağıdakı kimidir:

Bəhreyn, Misir, Küveyt və Omandan qonaqlar üçün tanışlıq səfərləri: Ehtimal olunan qiymət 395 754 manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 27 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə olacaq.

Yaponiya və Pakistandan qonaqlar üçün tanışlıq səfərləri: Ehtimal olunan qiymət 454 615 manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 2 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə olacaq.

Tenderlər 5 fevral 2026-cı il tarixində dərc edilib.

İştirak haqqı hər bir tender üçün 350 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Əlaqələndirici şəxs: Mehman Bayramov - Sektor müdiri

[email protected]

+994 12 505 87 04 (2304)

İddiaçıların tələb olunan sayı: 3

İddiaçılar təkliflərini müvafiq tarixlərə qədər Nəsimi rayonu, Ü. Hacıbəyli 134 ünvanına təqdim edə bilərlər.

Seçilən
6
fed.az

1Mənbələr