“Neftçi” braziliyalı vingeri transfer edir.
İdmanxeber.az-ın məlumatına görə, Bakı klubu Kiprin “Etnikos”undan 27 yaşlı braziliyalı vinger Breno Almeydanı heyətinə qatmaq üzrədir.
Tərəflər artıq transfer məbləği üzrə razılığa gəliblər, futbolçu isə “Neftçi”yə keçməyə razıdır.
Mənbələr bildirir ki, klub “Etnikos”a 100 min avro təzminat ödəyəcək, bu isə Kipr klubunun tarixində rekord göstərici olacaq.