AZ

Azərbaycana Asiya ölkələrindən turist axınının strukturu dəyişib - ARAŞDIRMA

2025-ci ildə Azərbaycan Asiya qitəsi ölkələrindən ümumilikdə 590 min 454 turist qəbul edib.

"Far.Az"un əldə etdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 1,7 % azdır.

Ötən il region üzrə turist axınının strukturu bir qədər dəyişib. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 20,2 % azalaraq 267 min 794 nəfər, Mərkəzi Asiyadan gələnlərin sayı 21,7 % artaraq 219 min 747 nəfər, Şimali-Şərqi Asiyadan gələnlərin sayı 32 % artaraq 84 min 913 nəfər, Cənub-Şərqi Asiyadan gələnlərin sayı isə 10,2 % azalaraq 18 min nəfər olub.

Cənubi Asiya ölkələri arasında ən çox turist Hindistandan olub – 166 min 946 nəfər. Lakin bu istiqamətdə 31,5 % azalma qeydə alınıb. Pakistandan 91 min 43 nəfər (+12,5 %), Şri Lankadan 4 min 430 nəfər (+11,5 %), Banqladeşdən 3 min 194 nəfər (-20,1 %), Nepaldan 1 min 754 nəfər (-36,2 %), Maldivdən 306 nəfər (-17,5 %), Əfqanıstandan isə 121 nəfər olub (+0,8 %) turist gəlib.

Mərkəzi Asiya ölkələri arasında isə ən çox turist Qazaxıstandan olub - 103 min 613 nəfər. Bu istiqamətdə 20,1 % artın qeydə alınıb. Özbəkistandan 62 min 308 nəfər (+34,3 %), Qırğızıstandan 11 min 651 nəfər (+33,7 %), Tacikistandan 9 min 761 nəfər (+60,2 %), Türkmənistandan isə 32 min 414 nəfər (-1,8 %) turist gəlib.

Şimali-Şərqi Asiya ölkələri arasında isə ən çox turist Çindən olub – 63 min 500 nəfər. Bu istiqamətdə 41,7 % artım qeydə alınıb. Cənubi Koreyadan 16 min 48 nəfər (+7 %), Yaponiyadan 4 min 804 nəfər (+26 %), Monqolustandan 561 nəfər (-19,5 %) turist gəlib, Şimali Koreyadan isə turist axını dayanıb. 2024-cü ildə isə həmin ölkədən 12 nəfər turist gəlmişdi.

Cənub-Şərqi Asiya ölkələri arasında isə ən çox tusirt Filippindən olub - 8 min 871 nəfər. Bu istiqamətdə 20,6 % azalma qeydə alınıb. Malayziyadan 3 051 nəfər (+14 %), Vyetnamdan 1 031 nəfər (+78,1 %), Bruneydən 37 nəfər (+15,6 %), İndoneziyadan 2 min 543 nəfər (-6,1 %), Sinqapurdan 1 585 nəfər (-9,2 %), Taylanddan 816 nəfər (-15,3 %), Kambocadan 45 nəfər (-52,1 %), Laosdan isə 21 nəfər (-66,1 %) turist gəlib.

Seçilən
34
far.az

1Mənbələr