AZ

Epşteynin yaxın dostları Dövlət sirləri sızdıran lord və şahzadə

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı yeni “Epşteyn faylları” beynəlxalq qalmaqalın miqyasını daha da genişləndirib. Sənədlərdə adı tez-tez hallanan britaniyalı siyasətçi keçmiş lord Peter Mandelson və və kral ailəsinin üzvü şahzadə Endryu ciddi reputasiya itkisi ilə üzləşiblər.

Bakupost.az xəbər verir ki, Britaniya mətbuatının yazdığına görə, Epşteyn ilə yaxın dostluğu səbəbindən Mandelson həm Leyboristlər Partiyasından, həm də Lordlar Palatasındakı üzvlüyündən istefa verib. Şahzadə Endryu isə sənədlərin dərcindən sonra krallıq iqamətgahını tərk edib.Yeni sənədlərin açıqlanmasından sonra şahzadə Endryu barəsində polis araşdırması da başlanıb. Polis 2010-cu ildə baş verdiyi iddia olunan cinsi istismar faktı ilə bağlı mövcud məlumatları yenidən araşdırdıqlarını açıqlayıb.Sənədlərdə Endryunun Epşteyn ilə çox yaxın münasibətdə olduğu, həmçinin onun keçmiş həyat yoldaşı Sara Ferqüsonun da Epşteyn ilə əlaqələrinin olduğu qeyd edilir. Yazışmalardan birində Ferqüsonun Epşteynə “həmişə sevdiyim qardaşım” deyə müraciət etdiyi bildirilir. Məlumata görə, Ferqüson Epşteyni şəxsən ziyarət edib.Keçmiş baş nazirlər Toni Bleyer və Qordon Braun hökumətlərində nazir vəzifəsində çalışmış, daha sonra lord titulu almış Peter Mandelson üçün isə qalmaqal daha ağır xarakter alıb.Yeni açıqlanan sənədlərə görə, Mandelson Epşteyn ilə yazışmalarında Britaniya hökumətinin daxili və məxfi məlumatlarını bölüşüb. İddialara əsasən, Epşteyn Mandelsona Qordon Braundan uzaq durmağı tövsiyə edib, Mandelson isə baş nazirin siyasi planları barədə məlumatlar ötürüb.Sənədlərdə qeyd olunur ki, Qordon Braunun istefasından bir neçə gün əvvəl Epşteyn onun haqqında təhqiramiz ifadə işlədib, istefadan sonra isə Mandelsonun “nəhayət ondan qurtulduq” dediyi yazılıb.İddialara görə, Mandelson nazir olduğu dövrdə Epşteyndən daha əvvəl aldığı 75 min dollarlıq ödənişdən sonra, ona 500 milyard avroluq maliyyə xilasetmə planları və “Downing Street”ə aid məxfi sənədlər barədə məlumat verib.Mandelson bu ödənişləri xatırlamadığını və sənədlərin saxta ola biləcəyini iddia etsə də, Epşteyn ilə keçmiş əlaqələrinə görə ictimai şəkildə üzr istəyib.Mandelson və Epstein arasındakı yaxın münasibət sənədlərdə bir hədiyyə ilə də təsdiqlənir. Epşteyn üçün hazırlanmış doğum günü albomunda ikisinin fotosu yer alıb və Mandelson albomda “Dünyanın harasında olursa-olsun, o mənim ən yaxşı dostum olaraq qalacaq” sözlərini yazıb.Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
www.bakupost.az

1Mənbələr