AZ

Qurban Qurbanov Bəhlulla Nərimanı heyətə daxil etmədi

Qurban Qurbanov Bəhlulla Nərimanı heyətə daxil etmədi

“Qarabağ” bu gün Azərbaycan Kubokunun 1/4 finalının ilk görüşündə “Şamaxı” ilə qarşılaşacaq.

Artıq matç üçün heyətlər açıqlanıb. Klubun baş məşqçisi Qurban Qurbanov Bəhlul Mustafazadə və Nəriman Axundzadəni 23 nəfərlik heyətdən kənarda saxlayıb. Siyahıdan görünən odur ki, təcrübəli məşqçi daha çox ikinci heyətlə oyuna çıxmağa üstünlük verib.

Qeyd edək ki, “Qarabağ”ın heyəti aşağıdakı kimidir:

Start “11-lik”: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 20. Kadi Borqes, 3. Sami Mmae, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.

Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 6. Kris Kuaku, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.

Seçilən
14
2
afn.az

5Mənbələr