GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“ABŞ–İran gərginliyinə yalnız hərbi prizmadan yanaşmaq regionu fəlakətə sürükləyər”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Alovu daha da körükləmək heç kəsə fayda verməz. Bölgəmiz artıq qan, göz yaşı və müharibələrdən doyub. Biz bundan sonra sülhü və sabitliyi müzakirə etmək, əməkdaşlığı artırmaq istəyirik. Problemlər hər zaman olur, fikir ayrılıqları beynəlxalq münasibətlərin tərkib hissəsidir. Amma diplomatiya da məhz bunun üçündür. Biz sülhyönümlü diplomatiyanı gücləndirməyə məcburuq. Bu həm ölkəmizin, həm də regionumuzun maraqları baxımından həyati əhəmiyyət daşıyır.
İrana hərbi müdaxilənin əleyhinə olduğumuzu açıq şəkildə bildirdik və bunu həmkarlarımıza çatdırdıq. Hələlik görürəm ki, tərəflər diplomatiyaya yol açmaq istəyirlər. Bu, müsbət dinamikadır”, – Ərdoğan vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.