Hollivud aktrisası Cennifer Qarner 2007-ci ildə "Krallıq" filminin çəkiliş meydançasında kaskadyor Sal Beykerin qulağının bir hissəsini dişlədiyini xatırlayıb.
Qaziler.az xəbər verir ki, “The Hollywood Reporter”in yaydığı məlumata görə, bu haqda aktrisa Santa Monikada keçirilən “Apple TV”nin mətbuat konfransı zamanı danışıb.
"Sal ilə sonuncu dəfə "Krallıq" filmində dalaşmışam. O vaxt rejissorluq edən Pit Berq ona məni yıxmağa çalışmasını istədi. Çətin xoreoqrafiyamız yox idi. O, mənə sağ qalmaq üçün nə lazımdırsa, onu etməyimi dedi. Mən onun mənə dediyi hər şeyi etdim və sonda onun kürəyi üstə düşdüm. Bu zaman qulağını dişlədim və birlikdə qulağının bir hissəsinin olmadığı şəklimiz də var", - deyə Qarner bildirib.
QAZİLER.AZ