AZ

SEPAH Fars körfəzində iki neft tankerini ələ keçirdi

SEPAH Fars körfəzində iki neft tankerini ələ keçirdi

İnterpress.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində apardığı əməliyyat nəticəsində iki neft tankerini saxlayıb. Məlumata görə, həmin gəmilərdə təxminən bir milyon litr qaçaqmal yanacaq aşkar edilib.

Gəmilərlə birlikdə onların heyət üzvləri də nəzarətə götürülüb. Bildirilir ki, saxlanılanlar arasında təxminən 15 əcnəbi dənizçi var. SEPAH rəsmiləri gəmilərin qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduqlarını və qanunsuz yanacaq daşıdıqlarını iddia edirlər. Hazırda faktla bağlı təhqiqat aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
interpress.az

1Mənbələr