Dünən start götürən Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində bu gün daha 2 oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, günün ilk oyunu Şamaxıda baş tutacaq.
Meydan sahibləri çempion "Qarabağ"ı qonaq edəcək. Saat 14:30-da start götürəcək görüşün start fitini Kamranbəy Rəhimov səsləndirəcək.
Mərhələnin ilk oyunlarına Bakıda yekun vurulacaq. Qərb bölgəsinin komandaları - "Turan Tovuz" ilə "Kəpəz" "Azərsun Arena"da üz-üzə gələcəklər. Əli Əliyevin idarə edəcəyi derbi saat 19:00-da başlayacaq.
Qeyd edək ki, dünən keçirilən görüşlərdə ("Sabah" - "Qəbələ" və "Sumqayıt" - "Zirə) qalib müəyyənləşməyib.
Bizon Azərbaycan Kuboku
1/4 final, ilk oyun
5 fevral
"Şamaxı" – "Qarabağ" 1:0 (1-ci hissə)
Qol: Karim Rossi, 26.
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabarov, Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu.
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov.
“Qarabağ”: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 20. Kadi Borqes 3. Sami Mmae 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 6. Kris Kuaku 35. Pedro Bikalyo 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
19:00. "Turan Tovuz" – "Kəpəz"
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə, Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Azərsun Arena"