AZ

Dezinformasiyanın daha geniş vüsət aldığı bir dövrdə yaşayırıq - Elşad İskəndərov

Bakı. Trend:

Biz dezinformasiyanın getdikcə daha geniş vüsət aldığı birdövrdə yaşayırıq.

Trend xəbər verirki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlarüzrə səfiri Elşad İskəndərov bu gün Bakıda keçirilən “QoşulmamaHərəkatının Gənclər Həftəsi” adlı tədbirdə deyib.

“Bunu asanlıqla müşahidə etmək olar. Məsələn, xəbərləri gəncnəslin nümayəndələri ilə və ya əksinə, ailənin yaşlı üzvləri –nənə-babalar, bəzən isə valideynlərlə müzakirə edərkən. Onlartez-tez sosial şəbəkələrdə gördükləri, süzgəcdən keçirilməmiş vəfaktları yoxlanılmamış materialları paylaşırlar. Sensasionxarakterli bu məlumatlar isə əslində dezinformasiya, saxta xəbərlərvə ya süni şəkildə yaradılmış informasiya atmalarına çevrilir”, –deyə o bildirib.

E. İskəndərov vurğulayıb ki, bu prosesdə texnologiyalar çoxböyük rol oynayır və süni intellekt elmi-texnoloji nailiyyətlərinreallığın təhrif edilməsi üçün necə istifadə oluna biləcəyinigöstərən ən bariz nümunələrdən biridir.

“Bu isə o deməkdir ki, elmin və texnologiyaların əks rolda çıxışetməsinə – dezinformasiyaya qarşı mübarizə alətlərinə çevrilməsinə,tənqidi düşüncənin inkişafına və bu yanaşmaların diplomatikproseslərə inteqrasiyasına yönəlmiş davamlı və sistemli səylərəehtiyac var”, – deyə o qeyd edib.

E. İskəndərovun sözlərinə görə, eyni zamanda bu, son dərəcəhəssas mövzudur, çünki burada senzura, informasiya azadlığı vəifadə azadlığı məsələləri ön plana çıxır. Bu prinsiplər arasındabalansın tapılması ciddi çağırış olaraq qalır

Məqalədə:
Seçilən
70
1
az.trend.az

2Mənbələr