AZ

Bu bazara maşınla gedənlərin diqqətinə: 2 bal 60 manat cərimə yazılır VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıda dayanma-durma qaydasını pozan sürücülər kamera vasitəsilə məsuliyyətə cəlb edilirlər. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın 8-ci kilometr bazarının qarşısından gedir. Belə ki, neçə illərdir bazara gələn şəxslər avtomobillərini necə gəldi park edirdilər. Bu isə digər sürücülərin hərəkətinə çətinlik yaradırdı və eyni zamanda yol uzunu tıxaca səbəb olurdu.

Qeyd edək ki, ərazidə quraşdırılmış kamera vasitəsilə dayanma-durma qaydasını pozan sürücülər, həmçinin səkidə parklanma edərək piyadaların yolunu kəsən sürücülər məsuliyyətə cəlb edilirlər.

Cərimələnən sürücülərdən biri qeydə aldığı videonu sosial şəbəkə hesabında paylaşıb. Həmin videonu təqdim edirik.

Fərid

Oxunub 190

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
avtosfer.az

1Mənbələr