AZ

ABŞ nin Bakıdakı səfirliyi DÇ 2026 ya bileti olan şəxslər üçün viza proseduru ilə bağlı görüş təşkil edəcək

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

ABŞ-nin Azərbaycandakı səfirliyi 2026-cı il futbol üzrə dünya çempionatına biletləri olan şəxslərin viza müsahibəsinə prioritet qeydiyyat həyata keçirəcək.

525.az xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"FIFA Dünya Kuboku 2026 oyunlarını izləmək məqsədilə bu il ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər - ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik! Əgər bileti birbaşa FIFA-dan almısınızsa, indi FIFA PASS proqramına qoşula bilərsiniz", - səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 2026-cı ilin iyun-iyul aylarında ABŞ, Meksika və Kanadanın 16 şəhərində keçiriləcək. Matçların əksəriyyəti ABŞ-də oynanılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
6
525.az

10Mənbələr