AZ

“Əbu Dabidə keçirilən görüş bizi sülhə bir qədər də yaxınlaşdırdı” ŞƏRH

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Bu günə qədər dünyada çoxsaylı sülh mükafatları təqdim olunub və onların müxtəlif səbəbləri göstərilib. Amma bizim milli kontekstimizdə ədalət naminə ilk dəfədir ki, məzmunu tam olaraq doğruldur”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Əbu‑Dabidə keçirilən görüşü və bu kontekstdə sülh məsələlərini şərh edərkən deyib:

“Bizə münasibətdə bu qədər yorucu, bu qədər uzun sürən münaqişələr olub, amma ilk dəfədir ki, sülh sözünün özü sülh yaratdığı, mükafat sözünün isə sülh yaratdığı üçün verildiyi bir hadisəyə şahidlik edirik.

Son yüz ilin münaqişələrinə baxsaq, belə uzunmüddətli davamlı münaqişə nadir hallarda olub. Məsələn, Fransada İngiltərə ilə yüzillik müharibəni misal gətirə bilərik. Azərbaycan və Ermənistan arasında olan müharibə isə yüz ildən çox davam edib. 1917–1918-ci illərdən başlayaraq, bir qədər geriyə getsək 1903–1905-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlardan başlayır, müxtəlif fazalarda davam edib. Birbaşa silahlı faza, soyuq müharibə fazası, etnik müharibə fazası və 2020-ci ildə baş verən 44 günlük müharibə ilə nəticələnib. Bu bənzətmə romantik görünməsin, bu, real faktlardır.

Son yüz ildən sonra belə bir mühit yarandı. Nəhayət, sülhün əldə olunması üçün bu mühiti kim yaratdı? Azərbaycan Prezidenti yeni reallıq yaradaraq, beynəlxalq hüquqa istinad edərək Azərbaycan xalqının hüquqlarını qorudu və xalqın qətiyyətini göstərməklə sülh üçün bir yol açdı, platforma yaratdı. Mənim fikrimcə, bu çox qiymətləndirilməlidir. Əslində, sülh artıq bir addım qədər yaxındadır. Əbu-Dabidə keçirilən görüş bizi sülhə bir qədər də yaxınlaşdırdı. Ona görə də mən hesab edirəm ki, Azərbaycan Prezidenti sülhlə bağlı yaranmış hər hansı bir mükafatı haqq edir və onu almağa layiqdir.

Bu, sülh mükafatlarının birincisidir və ümid edirəm ki, bunun davamı da olacaqdır”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
icma.az

1Mənbələr