AZ

Səudiyyə Ərəbistan dəvələr üçün pasportlar TƏTBİQ EDİR

Ajans.az xəbər verir ki, bu barədə Krallığın Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Nazirlik açıqlamasında bildirib ki, “Dəvə pasportları heyvandarlıq sənayesinin səmərəliliyini artırmaq və dəvə məlumat bazası yaratmaq üçün tətbiq olunur”. Pasport heyvan, onun cinsi və sahibi haqqında məlumatları əks etdirən rəsmi sənəd olacaq. Hər bir dəvə üçün dəqiq sağlamlıq qeydi və peyvənd tarixi pasporta daxil ediləcək ki, populyasiyada yoluxucu xəstəliklərin monitorinqi asanlaşsın.

Bundan əlavə, sənədləşdirmə prosesi dəvənin sahibinin mülkiyyətini təsdiqləməyi sadələşdirəcək və damazlıq işlərinin səmərəliliyini artıracaq.

Seçilən
20
Ajans.az

1Mənbələr