Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Ukraynadadır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir özünün "X" sosial şəbəkə hesabında yazıb.
"Ukraynaya ona görə gəlmişəm ki, bir millətin soyuqda və qaranlıqda, daimi həyat təhlükəsi altında, itkilərlə üzləşərkən, hava həyəcanı siqnalları daim təhlükənin nə qədər yaxın olduğunu xatırlatarkən necə yaşamağa davam etdiyinin şahidi olum. Bu mübarizə yalnız Ukraynanın təhlükəsizliyi ilə bağlı deyil, o, Avropanın təhlükəsizliyinə də toxunur", - Marqus Tsahkna yazıb.