AZ

İsrailin Qəzzaya hücumları nəticəsində 27 nəfər ölüb

İsrailin Qəzza zolağına hücumları nəticəsində son 24 saat ərzində 27 nəfər ölüb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 10 oktyabrda qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail Qəzza zolağına hücumlarını davam etdirir. Son 24 saat ərzində İsrailin hücumlarında 27 nəfər ölüb, 18 nəfər yaralanıb.

İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 574-ə, yaralananların sayı isə 1518-ə çatıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
65
missiya.az

1Mənbələr