AZ

Makronun elçisi Moskvada: Kreml nə təkzib, nə təsdiq edir

Kreml Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonnenin Moskvaya səfəri ilə bağlı media xəbərlərini nə təsdiq, nə də təkzib edib.

"Yeni Sabah" xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:

"Elize Sarayı bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. Həmrəylik hissi ilə biz də bunu nə təsdiqləyəcəyik, nə də təkzib edəcəyik"

O qeyd edib ki, Fransa mənbələri "mediaya məlumat sızdırmağı çox sevirlər". Kremlin sözçüsü vurğulayıb: "Bunu çoxdan bilirik və dəfələrlə bununla qarşılaşmışıq".

İddialara görə, Bonne fevralın 3-də Moskvaya gəlib. Onun Moskvaya səfərinin məqsədi Rusiya tərəfini inandırmaq idi ki, avropalılar Avropa təhlükəsizliyi ilə bağlı hər hansı bir qərarın qəbul edilməsində iştirak etməlidirlər və onlar Ukraynadakı münaqişəyə son qoymaq üçün "sadəcə heç bir müqavilə imzalamayacaqlar".

Bundan əvvəl Makron Rusiya lideri Vladimir Putinlə dialoqu bərpa etmək üçün hazırlıqların aparıldığını və "buna görə də texniki səviyyədə müzakirələrin aparıldığını" bildirib.


Telegram kanalımız
Seçilən
47
yenisabah.az

1Mənbələr