AZ

Xaçmazda maşın dəmir yoluna çıxıb qatarla toqquşdu Sürücü öldü YENİLƏNİB

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün saat 09:45 radələrində Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb.

Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

***

Xaçmazda qatar ilə  avtomobil toqquşub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, rayonun Nərəcan kəndində dəmir yolu keçidində "VAZ"markalı avtomobili hərəkətdə olan qatar vurub. 

Avtomobilin sürücüsü Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Oxunub 88

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
avtosfer.az

10Mənbələr