AZ

Əfsanə Qazaxıstandan təklif aldı: Cavabı nə olacaq?

"Borussiya Dortmund"un əfsanəvi futbolçusu Marko Roys hazırda MLS-də çıxış etsə də, karyerasını Qazaxıstanda davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb.

Bildirilir ki, 36 yaşlı hücumçuya "Aktobe" klubundan təklif gəlib. Roysun yaxın vaxtlarda Qazaxıstan klubuna cavab verməsi gözlənilir.

"Aktobe" bir müddət əvvəl "Mançester Yunayted" və Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani ilə müqavilə imzalayıb.

Seçilən
98
1
publika.az

2Mənbələr