Bakı. Trend:
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə KanadanınToronto şəhərində “Növbəti Nəsil Kanadalılar” (“The Next GenerationCanadians”) adlı Kanada Azərbaycan Gənclərinin Birinci Forumukeçirilib. Forum Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət vəMədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Komitədən Trend-ə verilən məlumata görə, forumda AzərbaycanRespublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müaviniVaqif Seyidbəyov, Azərbaycan Respublikasının Kanadadakı müvəqqətiişlər vəkili Vüsal Süleymanov, Kanada parlamentinin üzvləri AliEhsassi, Roman Baber və Sima Acan, Ontario Əyalət Parlamentininüzvü Andrea Hazell, Kanadanın Toronto, Kalqari, Alberta, Ottava,Karlton, Qərb, York və Toronto Metropolitan universitetlərindətəhsil alan azərbaycanlı tələbələr, həmçinin müxtəlif sahələrdəişləyən, uğur qazanan gənc sahibkarlar iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini VaqifSeyidbəyov forumun Kanadada yaşayan azərbaycanlı gənclərinşəbəkələşməsi, liderlik bacarıqlarının inkişafı və milli kimliyinqorunması baxımından mühüm platforma olduğunu vurğulayıb. Gənclərinyaşadıqları cəmiyyətə inteqrasiyası ilə yanaşı, Azərbaycanlabağlarının daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyiniifadə edib.
Kanadada fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri LalinHəsənova gənclərin Azərbaycan Evinin imkanlarından səmərəliistifadə etməsinin, milli kimlik və mədəni dəyərlərə daim önəmverməsinin, məskunlaşdıqları ölkədə Vətənimizi layiqincə təmsiletməsinin vacibliyindən danışıb.
Forumda Ontario vilayətinin Turizm, Mədəniyyət və Oyun Biznesiüzrə naziri və Ontario Əyalət Parlamentinin üzvü Stan Çonun 'Vətən'Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinə göndərdiyi rəsmitəbrik məktubu səsləndirilib. Məktubda forumun işinə və gənclərəuğurlar arzulanıb.
Digər çıxışçılar gənclərin inkişafına yönələn və onlar üçünfaydalı ola biləcək imkanları müzakirə edərək, gənc soydaşlarımızınşəbəkələşməsinə xidmət edən bu addımları yüksəkqiymətləndiriblər.
Forumun işi sessiya və panellərlə davam edib.
Təlimçi Pərvin Abdullayeva “Gələcəyin Qurucuları: Gənclər necəinnovativ ola bilər, sahibkarlar kimi ünsiyyət qura və idarə edəbilər?” adlı sessiyada gənclərə innovativ düşüncə və liderlikbacarıqlarının inkişafı ilə bağlı tövsiyələr verib. Təlimçi StivElliot isə “Sürətli düşün, təsirli danış: Gələcək liderlər üçününsiyyət” mövzusunda ictimai natiqlik təlimi ilə iştirakçılarıneffektiv ünsiyyət və təqdimat bacarıqlarını gücləndirməsi üçünmaraqlı məsləhətlər səsləndirib.
Forumda, həmçinin “Böyük ideyalar, real hekayələr: uğurlusahibkarların düşüncələri”, “Öyrənmək, qazanmaq və böyümək: dərslərvə karyera arasında”, “Təcrübə səsləri: dərsliklərdə tapmayacağınızdəsrlər” adlı panellərdə gənclərlə yanaşı, Kanadanın müxtəlifuniversitetlərində akademik təcrübəsi olan azərbaycanlıprofessorlar da çıxış edib, öz maraqlı və faydalı təcrübələrinibölüşüblər.
Qeyd edək ki, bu kimi forumların ənənəvi təşkil olunmasının əsasməqsədi xaricdə yaşayan azərbaycanlı gənclərin yaşadıqlarıcəmiyyətə inteqrasiyasını gücləndirmək, əlaqələrini genişləndirməkvə həmvətənlərimiz arasında dayanıqlı icma birliyininformalaşmasına töhfə verməkdir.