AZ

Arayik və digərlərinin qəti ömürlük həbsi: NƏ DEMƏKDİR?

Xəbər verdiyimiz kimi, bu gün Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. 

Təqsirləndirilən Arkadi Qukasyan və  Bako Sahakyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.Hökmə əsasən təqsirləndirilən Arkadi Qukasyan və Bako Sahakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Hökmlərdə diqqəti çəkən qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası və qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası maraq doğurur.

“Cebheinfo.az” xəbər verir ki,  qəti olaraq ömürlük azadlıqdan məhrumetmə törədilmiş xüsusilə ağır cinayətə görə məhkumun ömrünün qalan hissəsini cəzaçəkmə müəssisəsində (həbsxanada) keçirməsini nəzərdə tutan ən ağır cəza növüdür. 

Bu cəza şəxsin cəmiyyətdən tam təcrid olunması deməkdir və adətən ölüm cəzasının olmadığı ölkələrdə ən yüksək hədd hesab edilir. 

Qəsdən adamöldürmə, terrorizm, soyqırım, vətənə xəyanət və ağırlaşdırıcı hallarda törədilən digər xüsusilə ağır cinayətlərə görə tətbiq olunur.

Cəzanın konkret bitmə tarixi olmur, şəxs ömrünün sonuna qədər həbsdə qalır. Bu cəzanın məqdəsi cəmiyyəti təhlükəli şəxsdən qorumaq və ağır cinayətə görə cəza verməkdir. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, ömürlük azadlıqdan məhrumetmə cəzası qadınlara, 18 yaşına çatmayanlara və 65 yaşına çatmış kişilərə tətbiq edilmir.

Seçilən
26
cebheinfo.az

1Mənbələr