AZ

Aİ Ukraynaya 90 milyard avro ayrılması ilə bağlı mexanizmi təsdiq etdi


Avropa İttifaqı (Aİ) Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro kredit verilməsi mexanizmini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında məluat verilb.
Sənədə əsasən, hərbi yardım üçün 60 milyard avro, Ukraynanın büdcə xərcləri üçün isə 30 milyard avro ayrılacaq.
Avropa İttifaqı kredit üzrə faiz xərclərini ödəyəcək. Ukrayna borcu yalnız Rusiya təzminat ödədikdən sonra ödəyəcək.
Macarıstan, Slovakiya və Çexiya maliyyələşdirmədə iştirak etməkdən imtina edib. Qalan 24 üzv vəsait ayırmaq üçün razılaşıb.
Kiyevin ilk tranşı 2026-cı ilin ikinci rübünün əvvəlində alması planlaşdırılır.
Qeyd edək ki, faizsiz kredit vermək qərarı Aİ liderləri tərəfindən 2025-ci ilin dekabr ayında qəbul edilmişdi. Həmin vaxt dondurulmuş Rusiya aktivləri ilə maliyyələşdirmə ideyası rədd edildi və Aİ büdcəsi ilə təmin edilən borclanma mexanizmi seçildi.
Seçilən
22
2
yeniavaz.com

3Mənbələr