AZ

Pul bazası mühüm tənzimləyici əhəmiyyətə malikdir İqtisadçı

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Birincisi bizdə inflyasiyanın ölkədə iqtisadi artımla üst-üstə düşməməsi məsələsidir. Əslində bunlar biri-birilə bağlı göstəricilərdir. İnflyasiya iqtisadiyyat genişlənəndə yüksəlməlidir, artım azalanda yox. Çünki ortada işgüzar aktivlik söhbəti var. İqtisadi artım üçün maliyyələşdirmə lazımdır. Bu isə pul bazasının həcminə bağlı məsələdir. Pul bazasına dövriyyədə olan pul vəsaitləri ilə Azərbaycan Mərkəzi Bankı (AMV)  kredit təşkilatları qarşısında olan öhdəlikləri daxildir. Ölkədə pul bazasının həcmi 2025-ci ilin sonuna olan vəziyyətə görə 22 milyard 470.2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin sonuna olan 20 milyard 916.5 milyon manat göstəricidən 1 milyard 553.7 milyon manat və ya 7.4% çox deməkdir. Bu da iqtisadiyyatda likvidliyin yüksəlişi və maliyyə bazarında dövriyyənin genişlənməsi üçün müsbət şərtdir”.

Bunu iqtisadçı ekspert Pərviz Heydərov 525.az-a deyib. O bildirib ki, pul bazası mühüm tənzimləyici əhəmiyyətə malikdir. Onun həcmi elə müəyyən olunmalıdır ki, nə inflyasiya baş versin, nə də işgüzar fəallıq ləngisin. Bu hər bir hökumətin qarşısında duran həlli çətin məsələlərdən sayılır:

“AMB uçot dərəcəsi haqda qərarlar qəbul edərkən həmişə inflyasiyanı, ölkədə istehlak qiymətləri indeksini nəzərdən keçirir. Bu da əsas etibarilə "Azərbaycan Mərkəzi Bankı haqqında" qanunun faiz dərəcələrinin müəyyənləşdirilməsinə dair 31-ci maddəsinin 2-ci bəndindən irəli gəlir. Orada yazılıb ki, Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır. Bu bənd AMB-nin uçot dərəcəsi siyasətinin əhatəliliyini və təsir dairəsini, imkanlarını məhdudlaşdırır”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
525.az

1Mənbələr