Bakı. Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü vədəstəyi ilə həyata keçirilən profilaktik tibbi müayinələrçərçivəsində ATU-nun Tədris Stomatoloji Klinikasının səyyarstomatoloji xidməti fəaliyyət göstərir.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirliyin koordinasiyası ilə həyata keçirilənsəyyar xidmətlər 1, 2 və 3 saylı uşaq evlərində, Ahıl Şəxslər üçünSosial Xidmət Müəssisəsində, Binəqədi rayonu Xocasənbələdiyyəsində, əlilliyi olan şəxslər üçün sosial xidmətmüəssisələrində, həssas əhali qrupları üçün sığınacaq vəreabilitasiya mərkəzlərində təşkil edilib.
Bu tədbirlər zamanı əhalinin ağız və diş sağlamlığı üzrə ilkinmüayinələr aparılıb, profilaktik tövsiyələr verilib və sağlam həyattərzinin təşviqi məqsədilə maarifləndirmə işləri həyatakeçirilib.
Səyyar xidmətlər nəticəsində 8 000-dən çox vətəndaş müayinədənkeçib, onlardan 300 nəfəri əlavə müalicə üçün klinikayayönləndirilib.
Layihənin icrasında ATU Tədris Stomatoloji Klinikasınınrezidentləri və həkim heyəti fəal iştirak edərək əhali üçünstomatoloji xidmətlərin əlçatanlığını artırıb. Eyni zamanda buproses gənc mütəxəssislərin praktik bilik və bacarıqlarınıninkişafına da mühüm töhfə verib.
Səyyar stomatoloji xidmətlər Azərbaycan Respublikası SəhiyyəNazirliyinin sağlamlığın qorunması və profilaktikanıngücləndirilməsinə yönəlmiş dövlət siyasətinin tərkib hissəsi olaraqhəyata keçirilir. Tədbirlər ATU və aidiyyəti qurumların iştirakıilə davam etdirilir və gələcəkdə ölkənin bütün bölgələrini əhatəetməsi nəzərdə tutulur.