AZ

Trampdan Epsteyn işi ilə bağlı açıqlama: “Bill Klintona qarşı istintaq məni narahat edir”

ABŞ Prezidenti Donald Tramp milyarder Ceffri Epşteyn işi ilə bağlı aparılan istintaq çərçivəsində keçmiş ABŞ Prezidenti Bill Klintonun adının hallanmasından narahat olduğunu bildirib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan, həbsxanada ölü tapılan Ceffri Epşteynlə bağlı istintaq sənədlərinin bir hissəsinin ictimaiyyətə açıqlanmasından sonra bu məsələ ABŞ-da yenidən gündəmə gəlib.

NBC Nightly News-a verdiyi müsahibədə Donald Tramp Epşteyn işi çərçivəsində Bill Klintonla bağlı aparılan araşdırmalara toxunub. Tramp bildirib ki, Klintona qarşı hər hansı hüquqi tədbirin görülməsi onu narahat edir.

"Kiminsə Bill Klintona qarşı tədbir görməsi məni narahat edir. Mən onu sevirəm, hələ də onu sevirəm”, – deyə Tramp qeyd edib.

Tramp Klintonun ona qarşı münasibətini müsbət dəyərləndirdiyini, özünün də keçmişdə müxtəlif istintaqlardan keçdiyini xatırladaraq bu cür proseslərin insanlar üçün yorucu olduğunu vurğulayıb.

Qeyd edək ki, keçmiş ABŞ Prezidenti Bill Klinton və onun həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klinton ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Epşteyn işi ilə bağlı apardığı istintaq çərçivəsində ifadə verməyə razılıq veriblər.

Komitə sədri Ceyms Komerin açıqlamasına görə, Bill Klinton fevralın 27-də video bağlantı və yazılı transkript vasitəsilə qapalı iclasda, Hillari Klinton isə fevralın 26-da ifadə verəcək.
 
7News.Az
 
 

Seçilən
16
7news.az

1Mənbələr