AZ

Epşteyinlə bağlı bəzi filmlər yenidən gündəmə gəldi — Uşaqlara görün nələr ediblər

Epşteynlə bağlı ortaya çıxan yeni sənədlər illər əvvəl “fantastika” kimi qəbul edilən bəzi filmləri yenidən diqqət mərkəzinə gətirib. Sərbəst buraxılması qadağan edilən, senzuraya məruz qalan və ya platformalardan çıxarılan bu prodakşnların ortaq cəhəti uşaq istismarını açıq şəkildə əks etdirmələridir.

KONKRET.az-ın araşdırmasında həmin filmləri təhlil edəcəyik.

Bu filmlərdən birincisi amerikalı rejissor Stenli Kubrikin “Eyes wide shut” (Geniş Bağlanmış gözlərlə) filmidir. Cütlük münasibəti kimi başlayan hekayə, tədricən seksuallıq və pedofiliya üzərində qurulmuş yüksək profilli fiqurların iştirak etdiyi qapalı dövrə ritualını ortaya qoyur. Maskalar, mərasimlər, rituallar…

Bağlı qapılar arxasında baş verən əxlaqsızlığı əks etdirən bu film yayımlandıqdan sonra böyük səs-küyə səbəb oldu. Lakin bu ajiotaj məzmunu ilə deyil, filmin nümayişindən az sonra Kubrikin infarktdan qəfil ölümü ilə daha da gücləndi.

Bu şərhlər uzun müddət “konspirasiya nəziryyələri” kimi rədd edildi. Ancaq filmdəki bir çox detalın bu gün yayımlanan Epşteyn sənədləri ilə üst-üstə düşməsi bu iddiaları yenidən gündəmə gətirib. Bu da təsadüfdürmü? Filmin dərindən oxunmasını təklif edən onlarla analitik videonun YouTube-dan silinməsi də təsadüfdürmü?

Müxtəlif iddialara görə, filmdən mühüm səhnələr kəsilib. Hətta bəzi aktyorların “Bu bizim çəkdiyimiz film deyildi” dediyi iddia edilirdi. Bu iddialar heç vaxt rəsmi olaraq qeydə alınmadı, çünki sübut oluna bilmədi, lakin mübahisə heç vaxt tam bitmədi. Bu, bir sual doğurur: İddialar bu qədər narahat idisə, film ilk növbədə niyə yayımlandı?

Növbəti filmin yayımı isə 5 il gecikdirildi.

Digər bir istehsal Disneyin nümayişini beş il gecikdirən və nəhayət 2023-cü ilin iyulunda premyerası olan “Sound of Freedom” (Azadlığın Səsi) filmidir. Film uşaq alverinə qarşı mübarizə aparan fəal və keçmiş CIA agenti Tim Ballardın hekayəsindən bəhs edir. Ballard uşaqları beynəlxalq istismar halqalarının əlindən xilas etməyə çalışan bir fiqur kimi təsvir edilmişdir

Ssenarisi 2015-ci ildə yazılan film 2018-ci ildə çəkilib.Lakin istehsal uzun müddət buraxılış lisenziyasını ala bilməyib. İstehsalçılar paylama hüquqlarını bərpa etmək üçün illər boyu mübarizə aparıblar. Film 2023-cü ildə “Angel Studios” tərəfindən alınıb və tamaşaçılara təqdim edilib.

Siyahıya daxil olan digər film isə 2002-ci ildə çəkilmiş “Həmişə Lilya” adlı İsveç filmidir. Film Avropada “çox narahatedici” hesab edildi və bir çox ölkədə nümayiş olunmadı. Səbəb aydındır: uşaq istismarını heç bir filtr olmadan soyuqqanlı, mütəşəkkil ticarət kimi təsvir edir.

Nəticədə, Epşteynin qapalı qapılar arxasında fahişəlik şəbəkəsi illər əvvəl bir çox filmin mövzusu idi. Məlum oldu ki, o filmlər fantastika deyil, gerçək hekayədir.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
51
1
konkret.az

2Mənbələr