AZ

Mərkəzi Bankda Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun iclası keçirildi

Bakı. Trend:

Fevralın 3-də Azərbaycan Mərkəzi Bankında (AMB) Makroiqtisadidayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Trend AMB-yəistinadən xəbər verir ki, iclasda “Daxili və xarici təsirlərədayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiqedilmiş 15 tədbirin 2025-ci il üzrə monitorinq və qiymətləndirmənəticələrinə dair ətraflı məlumat təqdim olunub.

Bundan əlavə, həyata keçirilən fəaliyyətlərin effektivliyinindaha da artırılması istiqamətində işçi qrupun üzvləri və MərkəziBankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılaraq növbətiaddımlar müəyyən edilib.

Mərkəzi Bankın sədrinin birinci müavini və işçi qrupun sədriƏliyar Məmmədyarov strategiya çərçivəsində “Daxili və xaricitəsirlərə dayanıqlılıq məqsədi” üzrə əldə olunmuş nəticələr vəMərkəzi Bank tərəfindən həyata keçirilmiş təşəbbüslər barədəməlumat verib. Daha sonra İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzinin nümayəndəsi tərəfindən adıçəkilən məqsədçərçivəsində nəzərdə tutulmuş tədbirlərin 2025-ci il üzrə icrasıilə bağlı monitorinq və qiymətləndirmə nəticələrinə dair hesabattəqdim olunub və bu istiqamətdə müzakirələr aparılıb.

İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, MaliyyəNazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin,Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzinin, Azərbaycan Respublikası Dövlət NeftFondunun, İpoteka və Kredit Zəmanət Fondunun, ƏmanətlərinSığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələriiştirak edib.

Xatırladaq ki, Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupu"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadiinkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrasınıntəmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətininəlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 12 iyuntarixli 487s nömrəli Sərəncamı ilə yaradılıb.

Məqalədə:
Seçilən
84
4
az.trend.az

6Mənbələr