Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.
Qrenlandiya Rusiya və ya Çinin nəzarəti altında olsaydı, ABŞ-nın raketdən müdafiə sistemi faydasız olardı.
Reyting.az xəbər verir ki, bunu ABŞ-nın Ceyms Devid Vens deyib.
O, Qrenlandiyanın ABŞ-nın milli təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.
“Allah eləməsin, düşünmürəm ki, bu baş verəcək, amma hansısa ölkə ABŞ-a raket atsa, biz özümüzü müdafiə edə bilməyəcəyik”,- vitse-prezident izah edib.
O, Danimarkanın adanın təhlükəsizliyinə kifayət qədər investisiya qoymadığını və ABŞ-nın nə rəsmi nəzarətə, nə də birbaşa faydaya malik olmasına baxmayaraq, əslində onun müdafiəsinə görə məsuliyyət daşıdığını bildirib.
Vensin izah etdiyi kimi, Trampın mövqeyi sadədir: əgər ABŞ strateji əhəmiyyətli ərazinin və qlobal raketdən müdafiə sisteminin qorunmasına zəmanət verirsə, Vaşinqton bundan bir şəkildə faydalanmalıdır, çünki o, mövcud vəziyyəti ədalətsiz hesab edir.
Xatırladaq ki, Tramp fevralın 1-də Qrenlandiya ilə bağlı razılaşmanın demək olar, razılaşdırıldığını bildirmişdi. O, qeyd etmişdi ki, bu, ABŞ-nın milli təhlükəsizlik baxımından “çox yaxşı bir razılaşma” olacaq.
ELÇİN
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.