AZ

Messi Nyus Old Boys a keçə bilər

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Nyus Old Boys" klubu artıq açıq şəkildə bildirib ki, Lionel Messini 2027-ci ilin ilk yarısında yenidən komandada görmək üçün orta müddətli plan üzərində işləyir. Sport24.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Xuan Manuel Medina "L"Équipe" nəşrinə açıqlamasında bu arzusunu bildirib:"Biz Leonun 2027-ci ilin ilk yarısında "Nyus Old Boys" üçün oynaması üzərində çalışırıq. Bu layihə yalnız klub üçün deyil, Rosario şəhəri və Argentina futbolu üçün də böyük əhəmiyyət daşıyır." Qeyd edək ki, hazırda "İnter Mayami"nin şərəfini qoruyan Messi karyerası ərzində PSJ və "Barselona" kimi klubların formasını da geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
sport24.az

1Mənbələr