Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçu oğlanların seçiminə start verir.
AVF-nin mətbuat xidmətindən verilən məlumata görə, seçimlər Bakıda və bölgələrdə fəaliyyət göstərən regional voleybol klublarında məşq edən 2012–2013-cü il təvəllüdlü oğlanlar arasında keçiriləcək.
Yeniyetmə və gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi tərəfindən aparılacaq seçimlərdə fərqlənən voleybolçular yeniyetmə və gənc milli komandalara cəlb olunacaqlar.
Fevralın 14-də Sumqayıtda başlayan seçimlər bir gün sonra Şərqi Zəngəzurda, fevralın 21-də Bakıda, fevralın 22-də Şəkidə, fevralın 28-də Tovuzda, martın 1-də Gəncədə keçiriləcək və martın 7-də Naxçıvanda başa çatacaq.
Qabil YUSİFOĞLU
XQ