AZ

Masazırda valideynlər uşaqları məktəbə göndərməkdən çəkinirlər - SƏBƏB

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbdə aparılan təmir işlərindən sonra məktəbdə kəskin və narahatedici qoxunun yayıldığı iddia olunur.

Milli.Az xəbər verir ki, valideynlər bildiriblər ki, bəzi hallarda bu qoxu qaz iyini xatırladır və şagirdlərin səhhətinə mənfi təsir göstərir. Onların sözlərinə görə, bir sıra uşaqlar özlərini pis hiss etdikləri üçün valideynlər övladlarını məktəbə göndərməkdən çəkinirlər.

Valideynlər qoxunun mənbəyi ilə bağlı dəqiq məlumat verilməməsindən narazıdırlar. Bəziləri iyin qazdan, digərləri isə boya və ya təmir materiallarından qaynaqlandığını düşünür. Onlar dərs vaxtı təmir aparılmasını düzgün hesab etmir, məktəb rəhbərliyinin isə vəziyyətə aydınlıq gətirmədiyini bildirirlər.

Məsələ ilə bağlı məktəbdən verilən açıqlamada qeyd olunub ki, sanitar qovşaqda yaranan su sızması səbəbindən təcili təmir işlərinə başlanılıb:

"Kanalizasiya sularının yayılması tədris prosesinə və gigiyenik şəraitə təsir etdiyindən operativ müdaxilə zəruri olub. Bildirilib ki, betonlama və izolyasiya zamanı istifadə edilən materiallar qısa müddətli qoxu yaradıb və bu, bəzi valideynlərdə narahatlıq doğurub. Qoxu ilə bağlı şagirdlər arasında ciddi sağlamlıq problemi qeydə alınmayıb, görüntülərdə əks olunan qaz balonu isə təhlükəsizlik qaydalarına uyğun şəkildə açıq havada saxlanılan texniki vasitədir".

Asya
Milli.Az 

Seçilən
31
2
milli.az

3Mənbələr