AZ

Olimpiada qalmaqalla başladı

Qış Olimpiya Oyunları uğursuz şəkildə start götürüb.

Publika.az xəbər verir ki, qarışıq cütlüklər arasında keçirilən kerlinq yarışları zamanı xoşagəlməz hadisə yaşanıb. Start sessiyası zamanı, dörd oyunun başlamasından təxminən 5 dəqiqə sonra arenada işıqlar sönüb və Estoniya, İsveçrə, Böyük Britaniya, Norveç, Kanada, Çexiya, İsveç və Cənubi Koreya cütlükləri qaranlıqda qalıb.

İşıqlandırma ilə bağlı problem bir neçə dəqiqə ərzində aradan qaldırılıb. Ümumilikdə fasilə təxminən 5 dəqiqə davam edib, bundan sonra görüşlər bərpa olunaraq sonadək oynanılıb.

Kerlinq yarışları İtaliyada keçirilən Oyunlarda ilk start alan yarışlardır. Rəsmi açılış mərasimi cümə günü, fevralın 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
23
publika.az

1Mənbələr