AZ

Pakistanda əməliyyat başa çatdı: 216 terrorçu öldürüldü

Pakistan təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində həyata keçirilən antiterror əməliyyatını başa çatdırıb, nəticədə ən azı 216 terrorçu məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan Ordusu məlumat yayıb. Əməliyyat zamanı 22 təhlükəsizlik işçisi və 36 dinc sakin də həyatını itirib.

Qeyd edək ki, yanvarın 29-da başlanan əməliyyat Bəlucistan Azadlıq Ordusunun terror hücumlarına qarşı həyata keçirilib. Əməliyyat çərçivəsində qanunsuz silahlar, partlayıcılar və digər ləvazimatlar da ələ keçirilib.

Seçilən
17
2
azerbaijan-news.az

3Mənbələr