GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiya ilə dialoqun bərpasına qarşı çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “ERR” məlumat yayıb.
“Kremllə dialoqa başlamaq və Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlər qurmaq istəyi Ukraynaya zərərlidir. Bu, Avropanın təhlükəsizliyini birbaşa təhdid edir və mövcud siyasətimizlə tamamilə ziddiyyət təşkil edir”, – deyə o bildirib.
Tsaxkna vurğulayıb ki, Kremllə hazırkı danışıqlar yalnız Rusiya prezidenti Vladimir Putinin diqqətini cəlb edəcək:
“Həmçinin Moskvanın daha çox tələb irəli sürməsi üçün fürsət yaradacaq, hansı ki, bu, Avropa təhlükəsizliyini zəifləcək. Dəfələrlə edilən səhvi təkrarlamamalı və dəyişiklik istiqamətində bir addım belə atmayan Rusiya ilə münasibətləri bərpa etməyə tələsməməliyik”.
Qeyd edək ki, 4 fevralda Latviyanın Baş naziri Evika Silina və Estoniya Prezidenti Alar Karisin Rusiya ilə birbaşa dialoqun bərpasına çağırıb və Avropanın hələ də Ukrayna danışıqlar prosesində iştirak etmək hüququna malik olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.