Cənubi Koreya millisinin hücumçusu O Hun Qyu karyerasını Türkiyədə davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı oyunçu “Beşiktaş” ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. O Hun Qyu Belçikanın “Genk” klubundan 14 milyon avro qarşılığında transfer olunub.
Cari mövsümdə o, “Genk”də 32 oyuna çıxaraq 10 qol vurub və 3 məhsuldar ötürmə verib.
“Beşiktaş” Türkiyə çempionatında 20 turdan sonra 36 xalla 5-ci pillədə qərarlaşıb.