Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu gün Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan, Levon Mnatsakanyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Beləliklə, 34 il 21 gün sonra ədalət Zəfər çaldı, torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində Zəfər çaldığımız kimi, bu mühakimədə də qələbə qazandıq.
Azərbaycan torpaqlarını işğal edib vandalizm aktı icra edənlər, soyqıırm törədənlər, talan edilmiş torpaqlarda “böyük Ermənistan” nağılına uyğun həyat qurmağa çalışanlar ədalət məhkəməsi qarşısında cavab verdilər.
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi dünyaya daha bir ədalət mesaji verdi.
O mesajı 2020-ci il 9 noyabrında Ermənistanın kapitulyasiyası ilə Azərbaycan Prezidenti İlham Əliyev canlı yayımda xalqımıza və dünyaya elan etmişdi. Bu gün isə dünya həmin qələbə xəbərinin daha bir müstəvidə - bu dəfə məhkəmə müstəvisində təsdiqini gördü. Döyüş meydanında ədalətin bərqərar olması kimi, məhkəmə müstəvisində də yerini tapması vacib idi.
Bu, dünyaya Azərbaycanın hüququ dövləti olduğunu bir daha göstərdi, başqasının torpaqlarına göz dikib işğalçılıq faktını rəsmiləşdirməyə çalışanların gec də olsa ədalət qarşısında cavab verəcəyinə inam yaratdı.
Hüququn ədaləti bərpa olundu, indi qalıb Tanrının ədaləti...
Elnarə Kərimova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.