AZ

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı - YENİLƏNİB

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı - YENİLƏNİB

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, ötən gün saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyent dərhal əməliyyat blokuna alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

***

Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə rayonun Aşağı Avşar kəndində baş verib.

Kənd sakini olan azyaşlı P.M. (ad şərtidir) müxtəlif nahiyələrdən bıçaq xəsarətləri alıb. Yaxınları onu dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
17
4
afn.az

10Mənbələr