AZ

Azərbaycanla Tacikistan arasında dövlət xidmətlərinin rəqəmsallaşdırılması məsələləri müzakirə olunub

Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumət Sammiti çərçivəsində Tacikistan Respublikası Prezidenti yanında İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyinin direktoru Xurşed Mirzo ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev arasında görüş keçirilib. Tərəflər görüşdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması məsələlərini müzakirə ediblər.

Hafta.az yazır ki, tərəflər həmçinin dövlət idarəçiliyində innovativ proseslərin tətbiqi, dövlət xidmətlərinin şəffaflığını və səmərəliliyini artırmaq üçün müasir texnologiyalardan istifadə məsələlərindən söz açıblar.

Dövlət xidmətlərinin təşkili və sosial-iqtisadi sektorların rəqəmsallaşdırılması sahəsində Azərbaycanın ən yaxşı təcrübələrinə xüsusi diqqət yetirilib. Tərəflər kadr hazırlığı, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi daxil olmaqla, ikitərəfli əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər.

Sonda onlar görüşün nəticələrinin qurumlararası əməkdaşlığın gücləndirilməsinə və dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.

Seçilən
36
hafta.az

1Mənbələr