Gözlənildiyi kimi, Kərim Benzema klubunu dəyişib.
"Football-plus.az" xəbər verir ki, ulduz futbolçu “Əl-İttihad”ı tərk edib. 38 yaşlı hücumçu “Əl-Hilal”a keçib. Bu haqda hər iki klubun mətbuat xidməti məlumat yayıb.
Benzema Səudiyyə Ərəbistanının digər klubu ilə 18 aylıq müqavilə imzalayıb.
Kərim “Əl-İttihad”da 2023-cü ilin yayından oynayırdı. O, karyerası ərzində “Lion” və “Real”ın da formasını geyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta