AZ

Afrikalı hücumçu Azərbaycan klubunda - RƏSMİ

I Liqa təmsilçisi "Şahdağ Qusar" klubu heyətinə daha bir legioner cəlb edib.

Fanat.Az xəbər verir ki, məlumaı bölgə təmsilçisi yayıb.

Fil Dişi Sahilindən olan Alassane Kulibali ilə müqavilə imzalanıb.

24 yaşlı hücumçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Kulibali son olaraq ölkəsinin "AFAD-Pleteau" klubunda çıxış edib.

Xatırladaq ki, "Şahdağ Qusar" daha əvvəl anqolalı Aqostinyo Çipesseni transfer edib.

Seçilən
59
3
fanat.az

8Mənbələr