AZ

Tramp geri çəkildi: 700 əsgərini çıxardı

ABŞ prezidenti Donald Tramp immiqrasiya əməliyyatı ilə bağlı etirazlardan sonra Minnesotadan 700 hərbçini geri çəkib.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Trampın açıqlamalarına görə, qoşunların geri çəkilməsi qərarı zorakılığın artmasının qarşısını almaq və ictimai asayişi təmin etmək üçün verilib.

Prezident qeyd edib ki, vəziyyət nəzarət tələb edir, lakin lazımsız eskalasiya olmadan.

“Mən başa düşdüm ki, bizə bir az daha yumşaq yanaşma lazımdır, amma yenə də sərt olmalıyıq”, - deyə o vurğulayıb.

Seçilən
12
publika.az

1Mənbələr