AZ

“Neftçi” – “Qarabağ” matçının aqibəti necə olacaq? – PFL-dən açıqlama

“Qarabağ” klubu və əzəli “Neftçi” arasında soyuq küləklər əsir.

"Yeni Sabah" xəbər verir ki, "köhlən atlar" Çempionlar Liqasının play-offunda “Nyukasl”la oyununa daha yaxşı hazırlaşmaq istəyir. Bundan ötrü “Qarabağ” klubu həmin ərəfədə oynanılacaq “Neftçi” ilə oyunun təxirə salınmasını istəyib. 

Bununla əlaqədar Ağdam klubunun rəhbərliyi Peşəkar Futbol Liqasına müraciət edib. Lakin PFL rəqib “Neftçi”nin razılıq verməməsi ucbatından oyunu təxirə salmayıb.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Peşəkar Futbol Liqasının Media və Marketinq departamentinin rəhbəri Sənan Abdullayev bildirib ki, avrokubokların 4-cü təsnifat mərhələsində (pley-off) iştirak edən klub oyununun 1 dəfə təxirə salınması üçün müraciət edə bilər:

"Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndində bua dair qeyd var. Lakin bunun üçün qarşı tərəfin də razılığı olmalıdır. Bu prosesdə isə bir tərəfin razılığı yoxdur və nəticəyə əsasən də XXI turun oyun cədvəli açıqlanıb”.

Avropanın top liqalarında çıxış edən bir çox klub, sıx reqlament dövründə bəzi matçlara ikinci heyət, yaxud ehtiyat oyunçulardan ibarət komanda ilə çıxır. Xüsusən, qitə turnirlərində yüksək nəticə əldə etmək məqsədi olan klublar tez-tez bu variantdan istifadə edir.

“Neftçi” – “Qarabağ” görüşü fevralın 21-də “Neftçi Arena” stadionunda keçiriləcək.

Ümumən “Qarabağ”ı 19 gün ərzində ağır qrafik gözləyir. Ağdam təmsilçisi 3 yarışda mübarizə aparır: Çempionlar Liqası, Misli Premyer Liqası və Azərbaycan kuboku. 

Bu, bizim futbol üçün xüsusən qış aylarında ənənəvi olmayan bir haldır.

“Qarabağ” 19 gün ərzində düz 6 oyun keçirəcək. Bu, az qala 3 günə 1 oyun deməkdir.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr