Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Təxminən 2000 federal agent Minnesota ştatında qalacaq
ABŞ federal hakimiyyəti qanunsuz immiqrantları axtarmaq və saxlamaq üçün Minneapolisdən 700 immiqrasiya və sərhəd mühafizəsi agentini geri çəkmək qərarına gəlib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə "Sərhəd çarı" adlandırılan Tom Homan deyib.
Donald Tramp administrasiyasında ABŞ-ın bütün sərhəd məsələlərinə nəzarət edən Homan mətbuat konfransında 700 agentin dərhal geri çəkiləcəyini açıqlayıb. Lakin qanunsuz immiqrasiyaya qarşı əməliyyat zamanı yerləşdirilən təxminən 2000 federal agent Minnesota ştatında qalacaq.
Yanvar ayında bu əməliyyata qarşı etirazlar zamanı federal agentlər Minneapolisdə iki ABŞ vətəndaşını güllələyərək öldürüblər. Bundan sonra Tramp administrasiyası əməliyyata komandanlıq edən Qreq Bovinonu geri çağırıb və onun yerinə Tom Homan təyin edib.
Əməliyyatda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) və Gömrük və Sərhəd Patrulunun (CBP) agentləri iştirak edir. Homan hər iki qurumun işçilərinin geri çəkiləcəyini bildirib.
Homanın sözlərinə görə, federal hakimiyyət sonda Minnesota ştatında ezam olunmuş bütün işçiləri geri çağırmaq və onları evlərinə qaytarmaq niyyətindədir, lakin qanunsuz immiqrantlara qarşı əməliyyat yaxın gələcəkdə davam edəcək.
Homan Minneapolisdəki ölümlərə görə dolayı yolla Tramp administrasiyasının qanunsuz immiqrantları deportasiya etmək kampaniyasına etiraz edən müxaliflərini günahlandırıb.
"Sərhəd çarı" bir il əvvəl dediyini xatırladıb və bildirib ki, “əgər bu insanlar nifrəti qızışdırmağı dayandırmasalar, bu, qan tökülməsi ilə nəticələnəcək. Və indi də belədir”.
Eyni zamanda, Homan nə özünün, nə Prezident Trampın, nə də Daxili Təhlükəsizlik katibi Kristi Noemin bu qan tökülməsini istəmədiyini söyləyib.
Homan, Demokrat Minnesota qubernatoru Tim Ualzdan ştat vətəndaşlarına müraciət etməsini və onları federal agentlərə müdaxilə etməməyə çağırmasını istəyib.
Federal agentlər tərəfindən güllələnən Rene Quud və Aleks Prettinin ölümündən sonra Ualz bütün federal qüvvələrin ştatdan tamamilə çıxarılmasını tələb etmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.