AZ

Antibiyotik müqavimətinə qarşı laboratoriyada “xüsusi dizaynlı” viruslar yaradılıb

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünyada antibiyotik müqavimətinə qarşı mübarizədə böyük bir elmi irəliləyiş qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, "New England Biolabs" və "Yale" Universitetindən tədqiqatçılar, “super bakteriyalarla” mübarizə aparmaq üçün laboratoriya şəraitində tamamilə sintetik viruslar istehsal etməyə nail olublar.

Artıq bakteriyaları hədəf alan virusları təbii nümunələrə ehtiyac olmadan, yalnız rəqəmsal DNA məlumatları əsasında dizayn etmək mümkündür.

Ənənəvi üsullarla bir virusu genetik olaraq dəyişdirmək illərlə vaxt alan çətin bir prosesdirsə, tədqiqatçılar "Golden Gate Assembly" platforması vasitəsilə bu prosesi rəqəmsal dizayna çeviriblər.

Alimlər, xəstəxanalarda tez-tez rast gəlinən rezistent bakteriyanı hədəfləyən virusu 28 fərqli sintetik DNA parçasından ibarət şəkildə qurublar. Bu texnika ilə fiziki virus nümunəsinə ehtiyac olmadan, yalnız sekans məlumatı əsasında virusun bütün genomu hüceyrə xaricində birləşdirilərək laboratoriyada aktiv bir “ovçuya” çevrilib.

Bu üsul sayəsində virusun quyruq lifləri dəyişdirilərək müxtəlif bakteriya növlərini hədəf almaq mümkün olub. Həmçinin virusun üzərinə əlavə olunan floresan işarələr sayəsində infeksiya prosesi real vaxtda izlənilə bilir.

Antibiyotik müqavimətinin 2050-ci ilədək ildə 10 milyon ölümə səbəb olma potensialı nəzərə alınarsa, bu yeni üsul təhlükəli patogenlərin laboratoriyada saxlanma tələblərini aradan qaldıraraq daha təhlükəsiz və sürətli müalicə imkanları təqdim edir.

Fərdiləşdirilmiş virusların sifariş əsasında istehsal oluna bilməsi həm xəstəliklərin müalicəsində, həm də içməli sudakı bakteriyaları aşkarlayan biosensorların hazırlanmasında kritik rol oynayır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
bizimyol.info

1Mənbələr