AZ

Ermənistan müxalifəti dalaşdı pulu bölüşdürə bilməyiblər

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanda Qərbyönlü siyasi qüvvələr 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində vahid formatda iştirak məsələsində razılığa gələ bilməyiblər.

Modern.az xəbər verir ki, bu barədə Past qəzeti mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, tərəflər arasında Avropa İttifaqının Ermənistana ayırdığı 15 milyon avronun bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları səbəbindən partiyalar seçkilərdə ayrı-ayrı siyahılarla iştirak edəcəklər.

Qeyd olunur ki, “Respublika” Partiyasının lideri Aram Sarkisyan və “Respublika naminə” Partiyasının sədri Arman Babacanyan bu vəsaitlərin idarə olunmasında iştirak uğrunda mübarizə aparmaq niyyətindədirlər. Məhz bu amil onların qarşılıqlı münasibətlərinə mənfi təsir göstərib.

Bundan əlavə, Past yazır ki, “Ermənistanın Avropa Partiyası”nın lideri Tiqran Xzmalyan özü tərəfindən yaradılmış blokdan kənarda qalıb və o da seçkilərdə müstəqil şəkildə iştirak etməyi planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
modern.az

1Mənbələr