AZ

İnam Kərimov məhkəmə hüquq islahatlarının səbəbini açıqladı

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

"LEGİS" Hüquq Forumu kimi platformalar dövlət, məhkəmə və biznes arasında açıq dialoq üçün etibarlı hüquqi mühitin formalaşmasına xidmət edir. Müasir dövrdə güclü iqtisadiyyat yalnız sərmayə və təşəbbüskarlıqla deyil, eyni zamanda, etibarlı, çevik və proqnozlaşdırıla bilən hüquq sistemi ilə formalaşır. Sahibkar üçün ən vacib məsələlərdən biri mübahisə yarandıqda ədalətli, şəffaf və operativ məhkəmə müdafiəsinə arxayın ola bilməsidir. Məhz bu etimad investisiya mühitinin əsas sütunlarından biridir.

"Unikal" xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov “LEGİS” Hüquq Forumunda çıxış edərkən deyib.

O qeyd edib ki, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının mərkəzində də məhz bu məqsəd dayanır: "İxtisaslaşmış kommersiya məhkəmələrinin fəaliyyətə başlaması kommersiya mübahisələrinin daha peşəkar şəkildə baxılmasına, məhkəmə təcrübəsində vahid yanaşmanın formalaşmasına və qərarların hüquqi əsaslandırılmasının gücləndirilməsinə imkan verib. Deyə bilərəm ki, son illər məhkəmə aktlarının sabitliyinin yüksəlməsi bütövlükdə məhkəmə hakimiyyətinə olan inamın artmasına gətirib çıxarıb. Aparılan təhlillər kommersiya məhkəmələrinin icraatında olan mübahisələrin sayının ildən-ilə artdığını göstərir. Bu artım bir tərəfdən iqtisadi aktivliyin göstəricisi, digər tərəfdən isə sahibkarların məhkəməyə və ədalətli qərar gözləntilərinə olan etimadının ifadəsidir. Güclü dövlət anlayışı məhz vətəndaş və sahibkarların hüquqlarının qorunması ilə ölçülür. Bu baxımdan ölkəmizdə inzibati hüququn inkişafı Prezident İlham Əliyev tərəfindən daim vurğulanan “dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” prinsipinin bariz təzahürüdür. Bununla belə, inzibati məhkəmə icraatı sahəsində yeni mərhələyə uyğun islahatlara ehtiyac qalmaqdadır. Bu islahatlar həm tətbiq zamanı yaranan çətinlikləri aradan qaldırmalı, həm də müasir çağırışlara uyğunlaşmanı təmin etməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
3
unikal.az

7Mənbələr