Bakı. Trend:
İnsanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərindətəqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi zamanı bütünfaktlar öz təsdiqini tapıb.
Bunu Trend-əaçıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib.
Ekspert xatırladıb ki, Azərbaycan torpaqlarının 20 faizdənartığı 30 ildən çox müddətdə Ermənistanın işğalında olub:
“Bu müddət ərzində Azərbaycan beynəlxalq tribunalardan, BMT-ninTəhlükəsizlik Şurasından haqq-ədalətin bərpasını, torpaqlarımızınazad olunmasını istədi. Azərbaycanın o dövrdə apardığı diplomatiksəylər nəticəsində BMT TŞ 4 məlum qətnaməni qəbul etdi. Lakinerməni qəsbkarları bir kəndi də işğaldan çıxarmadılar. Azərbaycanqətnamələrin icrasını tələb etsə də, BMT və dünyanın aparıcıölkələri bu məsələyə ciddi yanaşmadılar”.
O əlavə edib ki, bütün bunlardan sonra Azərbaycanda geniş orduquruculuğu siyasəti aparılıb:
“Təlim-məşqlər keçirildi, ordu müasir texnikalarlasilahlandırıldı, NATO standartlarına uyğunlaşdırıldı. Və nəhayət,Azərbaycan heç kimin köməyi olmadan ərazi bütövlüyünü vəsuverenliyini bərpa etdi. Biz insanlıq əleyhinə cinayətlər,müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri ədalətməhkəməsinə çıxarmağa nail olduq”.
E. Həsənovun sözlərinə görə, tarixə baxsaq, görərik ki,müharibələrdə xalqa qarşı cinayət törədənlərin hamısınıcəzalandırmaq mümkün olmayıb:
“Məsələn, yəhudilərin soyqırımı törədənlərin bir çoxu İkinciDünya müharibəsindən sonra bir çox ölkələrə qaçdılar. Lakinİsrailin kəşfiyyat orqanı olan “Mossad” onları dünyanın dörd biryanından taparaq cinayət məsuliyyətinə cəlb edilmələrinə nailoldular və yaxud da onları yerindəcə zərərsizləşdirdilər. Lakinyenə də onların hamısını cinayət məsuliyyətinə cəlb etmək mümkünolmadı. Onların bəziləri layiq olduqları cəzanı almadılar. Lakinbiz Qarabağda törədilən cinayətlərdə əli olanların böyükəksəriyyətinə hakim qarşısına çıxarmağa müvəffəq olduq”.
Siyasi şərhçi qeyd edib ki, açıq keçən məhkəmə iclaslarındaonlara qarşı olan bütün fakt və dəlillər şahid ifadələri ilətəsdiqini tapıb.
“Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanərazisində törətdiyi cinayətlər üzə çıxıb. Bu qondarma rejiminordusu yox, Ermənistanın silahlandırdığı ordu idi. Ədalətməhkəməsində olan ermənilər öz ifadələrində bu məlumatları təsdiqedirlər.
Məhkəmə zamanı bütün faktlar öz təsdiqini tapıb. Azərbaycandaaparılan bu ədalət məhkəməsi həmçinin audio-video formada qeydəalınır. Şahidlərin ifadələri təsdiqlənib. Mühakimə olunanlarıncinayətləri faktlarda öz təsdiqini tapıb. Bütün bunlar daAzərbaycanın haqlı, ədalətli olduğunu, erməni şovinistlərininişğalçılıq siyasətlərinin bariz nümunəsidir.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdansonra bu ölkədə qaçıb gizlənən, əli azərbaycanlıların qanına batanhərbi cinayətkarları da Azərbaycana təhvil verəcəklər”.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması vəaparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma,habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorlaələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlərtörətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarıArayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan,David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olancinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilənşəxslərə hökm oxunur.